17 sentyabr

“Windows 10” dövrü bitir: Son yeniləmə oktyabrda təqdim olunacaq

“Windows 10” istifadəçiləri üçün yeni mərhələ başlayır.

Təhlil.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, əməliyyat sisteminin “22H2” versiyasına aid bütün buraxılışların – Home, Pro, Enterprise, Education və IoT Enterprise – xidmət müddəti sona çatır.

Oktyabr ayında təqdim ediləcək aylıq yeniləmə bu versiyalar üçün sonuncu olacaq. Bununla da həmin tarixdən sonra “Windows 10” istifadəçiləri aylıq təhlükəsizlik yeniləmələrindən məhrum qalacaqlar.

Bu, Microsoft-un əməliyyat sistemini tamamilə “tarixi yaddaşa” göndərməsi və istifadəçiləri “Windows 11” və daha yeni versiyalara keçməyə təşviq etməsi kimi qiymətləndirilir.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?