17 sentyabr

Fransalı nazir barədə araşdırma başladı

Fransa prokurorluğu mədəniyyət naziri Raşida Datinin bəyan edilməmiş zinət əşyaları ilə bağlı araşdırmaya başlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə prokurorluq AFP-yə məlumat verib.

Xatırladaq ki, aprel ayında Fransanın “Liberation” qəzeti yazmışdı ki, Dati hökumətdə fəaliyyətə başladıqdan sonra ümumi dəyəri 420 min avro olan zinət əşyaları və saatları bəyan etməyib.

Prokurorluq AFP-yə şərhində bildirib ki, “mümkün hüquq pozuntusu, yəni zinət əşyalarının bəyan edilməməsi ilə bağlı yayılan məlumatlardan sonra istintaq başlanıb”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?