16 sentyabr

Ruben Rubinyan: Vaşinqton razılaşmaları Türkiyə ilə dialoqa yeni impuls verib

Ermənistan–Türkiyə normallaşması və Ermənistan–Azərbaycan sülh prosesi ayrı-ayrı istiqamətlərdir

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan açıqlamasında bildirib.

“Hər iki proses ayrı olsa da, bir-birinə təsir göstərir. Regiondakı ölkələrin addımları qarşılıqlı şəkildə əlaqəlidir”, - deyə erməni rəsmi bildirib.

Rubinyan eyni zamanda vurğulayıb ki, Ermənistan–Türkiyə münasibətlərində irəliləyiş, Ermənistan–Azərbaycan danışıqlarına da müsbət təsir edəcək. Vaşinqtonda avqustun 8-də əldə olunmuş kolossal irəliləyiş isə Türkiyə ilə dialoqa yeni impuls verib.

Rubinyanın Türkiyə nümayəndəsi Sərdar Kılıç ilə görüşü də bu istiqamətdə mühüm addım sayılır.