15 sentyabr

Kanadada təyyarə qəzaya uğrayıb

Kanadanın Manitoba ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb. Təhlil.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. Hadisə bölgənin az məskunlaşma olan şimal hissəsindəki Meykpis gölünün yaxınlığında baş verib. Təyyarənin qalıqlarının axtarışı üçün helikopterdən istifadə edilib. Polisin məlumatına görə, pilot sağ qalıb, lakin o, ağır yaralanıb. Sərnişinlər isə həlak olub. Təyyarə qəzası ilə bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?