13 sentyabr

Vuçiç: “Serbiyanın dağılması üçün 4 milyard dollar xərclənib”

Bir neçə ölkənin xüsusi xidmət orqanları Serbiyada “rəngli inqilab” təşkil etmək üçün 4 milyard dollar sərf edib.

Təhlil.az xəbər verir ki, Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib.

“Dövlətin dağılmasına 4 milyard dollar xərclənib. Əsas təşkilatçılar xaricdən gəlir, müxtəlif kəşfiyyat xidmətlərinin işçiləridir. Biz bunun fərqindəyik”, – deyə, Vuçiç vurğulayıb.

Prezident əlavə edib ki, etirazların arxasında duran ölkələrin adını açıqlamır, çünki bu, Serbiyanın neytrallığını poza bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?