Bu gün
Ərdoğanın müavini Naxçıvana gəlir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana səfər edib.
Təhlil.az xəbər verir ki, o, bu barədə rəsmi “X” hesabında açıqlama yayıb.
“Bu gün Naxçıvan–Iğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – “Türk qapısı” Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan–Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək”, – deyə AK Partiya rəsmisi bildirib.