12 sentyabr

Emin Əmrullayev: “Tarix kitablarının dili uşaqlara uyğun deyil”

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə istifadə olunan tarix dərsliklərinin dil və üslubunu tənqid edib.

Təhlil.az xəbər verir ki, o, 2025–2026-cı tədris ili ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərsliklərdəki mətnlər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil.

Nazirin sözlərinə görə, mövcud kitabların çoxu sadəcə tarixi faktların ardıcıl sıralanmasından ibarətdir:

“Tarix kitablarının əksəriyyəti faktları bir-birinin ardınca sadalayır. Amma bu yanaşma şagirdlər üçün nə maraqlı, nə də anlaşıqlıdır. Mən hesab edirəm ki, bu dəyişməlidir. Bu, mənim şəxsi fikrimdir”, – deyə, Əmrullayev vurğulayıb.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?