Bu gün

Müəllimlərin işə qəbul müsabiqəsi ödənişli olacaq

Müəllimlərin işə qəbul müsabiqəsi ödənişli olacaq

Təhlil.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilən “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, müəllimlərin işə qəbul müsabiqəsində iştirak ödənişli olacaq. 

Müsabiqədə iştirak etmək üçün təxminən 45-60 manat məbləğ ödəniləcək.

Yalnız ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alanlar, şəhid ailələrinin üzvləri və “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad ediləcəklər.

Qanun layihəsinə əsasən, ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Məqsəd dövlət büdcəsinə qənaət və iştirakçıların məsuliyyətinin artırılmasıdır.

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?