25 aprel
Hərbi instituta sənəd verən tələbələrə və ailələrinə maliyyə yardımı ediləcək

Milli Müdafiə Universitetinin rəsmi nümayəndəsi Yəhya Babanlı, hərbi instituta sənəd verən hər bir namizədə 500 manat ilkin ödəniş təklif olunduğunu açıqlayıb.
Təhlil.az xəbər verir ki, tələbələr təhsil müddətində aylıq 150 manat təqaüd alacaq, ailələrinə isə 200 manat ödəniş ediləcək. Həmçinin, hərbi kolleclərə müraciət edən tələbələrə 100 manat təqaüd, 200 manat ailə ödənişi və 150 manat bank köçürməsi həyata keçiriləcək.
Naxçıvanski və digər hərbi liseylərə sənəd verən namizədlərə isə ilkin olaraq 300 manat ödəniş edilir. Onlara 50 manat təqaüd, 100 manat ailə ödənişi və 100 manat bank hesabına köçürüləcək. Bu təşəbbüs tələbələrə və onların ailələrinə əlavə maliyyə dəstəyi məqsədini güdür.
Bu gün