24 aprel

Qubada 3 nəfəri it dişləyib

Aprelin 24-də Quba rayonu ərazisində it dişləməsi nəticəsində xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Təhlil.az xəbər verir ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin edilib.

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Yaralılardan birinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. İki nəfər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

AZERTAC

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?