Bu gün

ŞƏT ölkələrinin İnkişaf Bankı təsis ediləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələr ŞƏT İnkişaf Bankı yaratmaq niyyətini ifadə ediblər.

Təhlil.az xəbər verir ki,  bu barədə Tiencində keçirilən ŞƏT sammitinin yekunlarına dair qəbul edilmiş bəyannamədə deyilir.

"Üzv dövlətlər ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini təsdiqləyərək, onun təsis edilməsi və fəaliyyəti ilə bağlı məsələlər üzrə məsləhətləşmələrin aktivləşdirilməsi barədə qərar qəbul ediblər", - deyə, sənəddə qeyd edilib. 

Yekun bəyannamədə vurğulanıb ki  tərəflər süni intellektlə bağlı təhlükəsizlik risklərinin qarşısının alınması istiqamətində birgə işləyəcəklər. Onlar BMT-nin müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmasının zəruriliyini bildirib, təşkilatla yüksək səviyyədə dialoqu davam etdirməyə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib və elmi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?