23 aprel

Azərbaycan idmançıları mübarizəyə başlayır

Monteneqronun paytaxtı Podqoritsada bu gün start götürən Avropa çempionatında Azərbaycanın cüdo üzrə yığma komandası mübarizəyə başlayır.

Təhlil.az xəbər verir ki, ilk yarış günündə beş cüdoçumuz tatami üzərinə çıxacaq. 60 kq çəki dərəcəsində Əhməd Yusifov və Turan Bayramov, 66 kq-da Ruslan Paşayev, qadınlar arasında isə 48 kq çəki dərəcəsində Könül Əliyeva və Gültac Məmmədəliyeva medal uğrunda qüvvələrini sınayacaqlar.

Yarışlara start Bakı vaxtı ilə saat 12:30-da veriləcək.

Ümumilikdə, Azərbaycanı çempionatda 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Millimiz həm də qarışıq komanda yarışında tatamiyə çıxacaq.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?