23 aprel
Azərbaycan-Çin vizasız rejimi işə düşür

Pekin-Bakı xəttində əhəmiyyətli diplomatik addım atılıb.
Təhlil.az xəbər verir ki, aprelin 23-də Çin paytaxtında keçirilən rəsmi imzalanma mərasimində Azərbaycan və Çin arasında viza rejiminin ləğvi ilə bağlı mühüm saziş imzalanıb.
“Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Bu sənəd iki ölkənin vətəndaşlarına daha sərbəst və rahat səfər imkanları yaradacaq və Azərbaycan-Çin əlaqələrinə yeni nəfəs verəcək.