23 aprel
Mərkəzi Bank riskə getmədi - Faizlər dondu

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini əvvəlki səviyyədə – 7,25% olaraq saxlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə qərar qurumun İdarə Heyətinin növbəti iclasında qəbul olunub.
Mərkəzi Bank həmçinin faiz dəhlizinin sərhədlərini də dəyişməyib:
Aşağı hədd – 6,25%
Yuxarı hədd – 8,25%
Bu qərar inflyasiya gözləntiləri, makroiqtisadi sabitlik və maliyyə bazarlarında mövcud tendensiyalar nəzərə alınaraq verilib. Qeyd edək ki, uçot dərəcəsinin sabit saxlanması pul-kredit siyasətində ehtiyatlı və sabit yanaşmanın davam etdirildiyini göstərir.
Bu gün