23 aprel

Pekində 20-dən çox mühüm sənəd imzalandı

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə daşıyan sənədlərin imzalanma mərasimi keçirilib.

Təhlil.az xəbər verir ki, görüş zamanı “Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” dövlət başçıları tərəfindən imzalanaraq münasibətlərin yeni strateji səviyyəyə çatdırıldığını rəsmi şəkildə təsdiqlədi.

Bundan əlavə, Azərbaycan və Çin arasında təhsil, nəqliyyat, kosmos, enerji, texnologiya, hüquq, sənaye və mədəniyyət sahələrini əhatə edən ümumilikdə 20-dən çox sənəd imzalanıb. Bunlara aşağıdakılar daxildir:

 Ümumvətəndaş pasportları olan vətəndaşların qarşılıqlı vizadan azad olunması haqqında saziş
 Humanitar minatəmizləmə, əqli mülkiyyət, kosmosda əməkdaşlıq və yaşıl inkişaf sahələrində Anlaşma Memorandumları
 “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq planı
  Multimodal daşımalar, texniki-iqtisadi əməkdaşlıq və rəqəmsal iqtisadiyyat sahəsində sazişlər
  Mədəniyyət və media qurumları arasında əməkdaşlıq protokolları
  Naxçıvan və Urumçi şəhərləri arasında qardaşlaşma niyyəti

Sənədləri Azərbaycanın müxtəlif nazirlik və agentliklərinin rəhbərləri Çin tərəfinin müvafiq qurumları ilə birlikdə imzalayıblar.

Bu imzalanma mərasimi Azərbaycan-Çin münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsində mühüm addım hesab olunur.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?