21 aprel

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq həyatını itirib

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Təhlil.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü -Tağızadə Rüfət Mais oğlu,
onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?