24 iyul
Xəstaxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlanıb

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Təhlil.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub: "Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".
28 avqust
28 avqust
28 avqust
28 avqust
28 avqust