24 iyul
Paytaxtda yeni metro stansiyaları tikiləcək

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib. Təhlil.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.
Müqavilə çərçivəsində:
Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;
“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;
“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.
Dünən