23 iyul

Azərbaycan Qırğızıstanın paytaxtında uşaq xəstəxanası inşa edəcək

"Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekdə uşaq xəstəxanası inşa edəcək".

Təhlil.az xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev deyib. O bildirib ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbul edilib.

"İlkin olaraq tikinti işlərinin ölkənin şimal-şərqindəki İssık-Kul vilayətində aparılması planlaşdırılırdı, lakin Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərindən sonra tibb müəssisəsinin məhz Bişkekdə tikilməsinə qərar verilib. İndi hazırlıq işləri aparılır. Yeni xəstəxananın tam təchiz edilmiş müasir müalicə müəssisəsi olacağı gözlənilir", - K.Tumanbayev deyib.

O əlavə edib ki, xəstəxana Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana hədiyyəsi olacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?