23 iyul

Saatlıya yeni prokuror təyin edilib

Saatlı rayon prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.

Təhlil.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Baş prokurorun digər əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.

Qeyd edək ki, E.Rüstəmov bu təyinata qədər Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl Füzuli rayonunun prokuroru işləyib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?