22 iyul

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilir

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilir.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə enerji, nəqliyyat, regional əlaqə və ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilir.

Vurğulanıb ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmin əsas mövzusudur.

 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?