Dünən

Biləsuvarda 87 yaşlı kişi evində 500 yaşlı kitabları qoruyur

Biləsuvar rayonunda şəxsi evdə 60-dan çox elmi kitab mühafizə olunur.

Təhlil.az xəbər verir ki, sözügedən kitablar rayonun Bəydili kənd sakini, 87 yaşlı Kamal Məmmədov tərəfindən qorunur.

K.Məmmədov 1937-ci ildə Lerikin Kəlvəc kəndində anadan olub. Onun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən yadigar qalıb:

"Babam Mirzə Cəfər kitabları təhsil aldığı müddətdə əldə edib. Daha sonra doğulduğu Lerik rayonunun Kəlvəc kəndində geniş maarifçilik işi ilə məşğul olmağa başlayıb. Kitabların yaşı təxminən 500 ilə yaxındır. Sovet imperiyasının ilk illərində bu kitabların çoxu yandırılaraq məhv edilib. Ona görə də digər kitabları qorumaq üçün onları evin divarına hörüblər. Daha sonra 50-ci illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi bizim ailə də Lerik rayonunun Kəlvəc kəndindən Biləsuvar rayonuna köçürülüb. Lakin bu zaman bu kitabları da qiymətli əşya kimi özümüzlə götürməyi unutmadıq. Artıq 80 ilə yaxındır ki, bu kitabları göz bəbəyi kimi qoruyuram".

Qeyd edək ki, bu kitablarda tibb, astronomiya, fizika, həndəsə və digər dünyəvi elmlərdən bəhs olunur.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?