17 aprel

Bir sıra istiqamətlər üzrə uçuşların tezliyi artırılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL may ayından etibarən Bakıdan bir neçə şəhərə uçuşların tezliyini artırır.

Təhlil.az xəbər verir ki, Antalya istiqamətində mayın 1-dən etibarən gündəlik reyslər yerinə yetiriləcək, Trabzona isə mayın 12-dən həftədə 5 dəfə uçuş olacaq. Astana marşrutu üzrə də mayın 12-dən etibarən uçuşlar həftədə 4 dəfəyə çatdırılır.

Bakı–Milan istiqamətində 13 maydan gündəlik reyslər həyata keçiriləcək. Bakı–Kişineu marşrutu üzrə isə may ayının əvvəlindən uçuşlar əvvəlcə həftədə 6 dəfə, mayın 12-dən isə hər gün təşkil olunacaq.

AZAL-ın bu addımı sərnişinlərə daha geniş seçim və rahat səyahət imkanı təqdim etməyi hədəfləyir.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?