17 aprel
Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycanın XİN başçılarının müavinlərinin üçtərəfli görüşü planlaşdırılır

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan XİN başçılarının müavinlərinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.
Təhlil az xəbər verir ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili əvvəlki açıqlamasında bildirmişdi ki, Azərbaycan və Ermənistan regionda sülh və sabitliyin təşviqi məsələsində Gürcüstana arxalana bilər. O, Tbilisinin regionda dialoq və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim etməyə hazır olduğunu vurğulayıb.