Bu gün

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

İyulun 7-dən 13-dək ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi aparılacaq.

Təhlil.az bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir.

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid.

Magistraturaya qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?