01 iyul

Nəsimidə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təhlil.az xəbər verir ki,  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.

Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?