Bu gün

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qüvvəyə minib

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.

Təhlil.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?