Bu gün

Beynəlxalq ictimaiyyət humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır

Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, iyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Mina partlamasında xəsarət alan polis əməkdaşının sağ ayağı amputasiya edilib. Bununla da 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub.

“Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, - deyə məlumatda qeyd edilib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?