Bu gün
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək.
Təhlil.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində olacaq.
Həmin tarixdə Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.