Bu gün
Yasamalda qaz xətti zədələnib, təchizatda fasilə yaranıb

Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Təhlil.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, 30.06.2025-ci il saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
“A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb”, - məlumatda qeyd edilib.