Bu gün

Vyanada Azərbaycan mədəniyyət mərkəzlərinin hesabat görüşü keçirildi - FOTOLAR

İyunun 26-da Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib.

Təhlil.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak ediblər.

Toplantının əsas məqsədi xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2025-ci ilin birinci yarısına dair hesabatların təqdim olunması, həyata keçirilən layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərin müəyyənləşdirilməsi olub.

Avstriya, Almaniya, İtaliya, Fransa, Özbəkistan və Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabatları təqdim edilib. Hesabatlarda əsas diqqət Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları üzrə müəyyən edilmiş prioritetlər əsasında mədəniyyətimizin təbliği və təqdimatına yönəlib.

Bildirilib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin Vətən müharibəsində Qələbənin 5 illiyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi mədəniyyət mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Toplantıda mədəniyyətin beynəlxalq miqyasda təbliğində innovativ yanaşmaların tətbiqi, mərkəzlərin vahid koordinasiyasının təmin edilməsi, səmərəliliyin artırılması və uzunmüddətli layihələrin reallaşdırılması istiqamətində strateji məsələlər də müzakirə olunub.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?