Türkiyə nümayəndə heyəti Azərbaycanın Quru Qoşunları Komandanlığını ziyarət edib - FOTOLAR

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini Sərdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
Təhlil.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Quru Qoşunları komandanının müavini İlqar Lətifov Sərdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.
Türkiyəli qonaqlara Quru Qoşunlarının yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.