16 aprel

ABŞ 30-a yaxın səfirliyini bağlamağı planlaşdırır

ABŞ Dövlət Departamenti Avropa və Afrikada yerləşən 30-a yaxın diplomatik nümayəndəliyini bağlamağı nəzərdən keçirir.

Təhlil.az xəbər verir ki, ABŞ-nin Mərakeş, Lüksemburq, Lesoto, Cənubi Sudan, Eritreya və digər ölkələrdəki səfirlikləri bağlana bilər. Həmçinin, Fransada və Almaniyada bir neçə konsulluğun da bağlanması təklif olunur.

Bu addım həyata keçirilsə, ABŞ Avropa, Afrika və Şərqi Asiyada diplomatik nümayəndəliklərin sayına görə Çindən geri qalacaq. Bu planlar Tramp administrasiyasının Dövlət Departamentinə ayrılan büdcəni ciddi şəkildə azaltmaq niyyətinə əsaslanır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?