Bu gün

İrandan Azərbaycana təxliyə olunanların çoxu İran əsilli ABŞ vətəndaşlarıdır

Son iki gündə Azərbaycana təxliyə olunan əcnəbilər arasında İran əsilli ABŞ vətəndaşları çoxluq təşkil edir

Təhlil.az xəbər verir ki, bu gün səhərdən İrandan Azərbaycana Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşları təxliyə olunub.

Son saatlarda bu ölkədən Azərbaycana əsasən İran əsilli ABŞ vətəndaşlarının təxliyəsi daha çox müşahidə olunur.

Əslən Təbriz şəhərindən olan Vəliəhmədi Zonuz deyir ki, son 3 ildir Bakı şəhərində yaşayır:

“Yenidən Azərbaycanda olduğuma görə çox məmnunam. Tamam rahat gəlmişəm. Burada keçəndən sonra bizə lazımı diqqət göstərdilər, rahat keçib gəlmişik". Qeyd edək ki, bəzi ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan dövlətinə müraciət ediblər. Bir neçə gündür “Astar” dövlət sərhədinin buraxılış məntəqəsindən İranda olan əcnəbi vətəndaşların təxliyəsi aparılır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?