25 iyun

Yardımlı rayonuna yeni prokuror təyin edilib

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.

Təhlil.az xəbər verir ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Fəxri Məmmədov əvvəllər Gəncə şəhər prokurorunun köməkçisi, Abşeron rayon prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi vəzifələrində işləyib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?