Bu gün
TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş təsdiq edilib

“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilib.