Bu gün

Cavanşir Axundov: “İran-İsrail müharibəsi Ermənistanı Bakı ilə sülhə məcbur edir” - RƏY

İranla İsrail arasında qızışan müharibə təkcə Yaxın Şərq coğrafiyasını deyil, Ermənistanın siyasi taleyini də ciddi şəkildə dəyişə bilər.

Bu fikri təhlil.az saytına açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri, iranşünas politoloq Cavanşir Axundov deyib.

Onun sözlərinə görə, hazırkı qarşıdurma regionun geosiyasi düzənini alt-üst edəcək:

“Əvvəlki İsrail və İran olmayacaq. Geosiyasi konturlar dəyişir. Ermənistan isə bu dəyişikliklərə hələ də gecikmiş şəkildə reaksiya verir”.

Diplomat hesab edir ki, Paşinyanın Türkiyəyə son səfəri Ermənistan rəhbərliyində bir ayılmanın başladığını göstərsə də, bunun real nəticə verməsi üçün artıq çox gecdir:

“Ərdoğan açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizi açılmadan və Bakı ilə sülh müqaviləsi imzalanmadan Ermənistanla münasibətlərin normallaşması mümkünsüzdür.”

C.Axundov Ermənistanın cənub istiqamətində çıxış yollarını itirdiyini vurğulayır:

“Rusiya və İran artıq öz dərdi ilə baş-başadır. Fransa da kömək edə bilmir. Bu halda İrəvan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə razılığa gəlməkdir. Bunun üçün isə konstitusiyada və Müstəqillik Bəyannaməsindəki ərazi iddialarından vaz keçilməlidir”. 

Rasim Babayev 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?