Füzulidə dəhşətli qəza: Üç dost dünyasını dəyişdi

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi üç gəncin faciəvi şəkildə dünyasını dəyişməsi ilə nəticələnib.
Təhlil.az-ın məlumatına görə, rayonun 6 saylı qayıdış qəsəbəsi yaxınlığında “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan rayon sakinləri – 1999-cu il təvəllüdlü Qurbanov Nicat, onun 1986-cı il təvəllüdlü qardaşı Ceyhun Qurbanov və 1999-cu il təvəllüdlü Elçin Süleymanov hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində ağır yaralanan Bəndalı Qəmbərov isə əvvəlcə yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb, daha sonra vəziyyəti nəzərə alınaraq Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.
İlkin məlumatlara əsasən, qəza “Mercedes”in yüksək sürətlə hərəkətdə olarkən digər iki nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.