Bu gün

İran nüvə proqramından geri çəkilməyəcək

İran İsraillə baş vermiş 12 günlük müharibəyə baxmayaraq, öz nüvə proqramından geri çəkilmək niyyətində deyil.

Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində deyib.

O bildirib ki, baş verənlər Tehranın nüvə texnologiyalarını inkişaf etdirmək əzmini daha da gücləndirib: “Bu texnologiyalara çox böyük sərmayə qoymuşuq. Alimlərimiz həyatlarını itirib, xalqımız sanksiyalara tab gətirib, bizə müharibə sırıdılıb. Heç kim bu proqramdan imtina etməyəcək. Bu proqram həmişə MAQATE-nin nəzarəti altında olub”. 

Onun sözlərinə görə, İranın nüvə obyektlərinə qarşı yönələcək hər hansı hücum “ciddi və dərin nəticələrə” səbəb olacaq.

Əraqçi qeyd edib, İran uzun illərdir Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq olduğunu göstərməyə çalışıb, lakin bu müqavilə Tehranın nüvə proqramını qorumaq baxımından effektiv olmayıb: “MAQATE tərəfindən hazırlanan hesabatlar indiki vəziyyətə ciddi təsir etmədi və biz onların siyasi motivli olduğunu düşünürük. Gələcəkdə İranın nüvə obyektələrinin necə qorunacağı məsələsi ciddi şəkildə nəzərdən keçiriləcək”.

Nazir əlavə edib ki, İran gələcəkdə nüvə proqramına yanaşmasında dəyişikliklər edə bilər, çünki 20 illik şəffaflıq və inam yaratmaq səyləri istənilən nəticəni verməyib.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?