Dünən

XİN-dən İsrail və İran arasında atəşkəslə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə bağlı bəyanat yayıb.

Təhlil.az xəbər verir ki, bəyanatda deyilir:

“İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq”.

Bəyanatda vurğulanıb ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə qeyd edilib.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?