Bu gün

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışında iştirak ediblər

İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.

Təhlil.az IDEA İctimai Birliyinin məlumatına istinadla xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub. Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəki nailiyyətləri ilə yaxından maraqlanıb.

Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilən şahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.

Bundan əlavə Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyim dəstləri və futbol topları təqdim olunub.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?