Bu gün

Günəş sisteminin ən böyük sirri açılır

Astronomlar Günəş sisteminin ən böyük sirrini həll etməyə yaxınlaşırlar. Söhbət Neptunun orbitindən kənarda gizləndiyi güman edilən sirli doqquzuncu planetdən gedir. Alimlər onun əks olunan işığını axtarmaq əvəzinə ilk dəfə olaraq onun istilik şüalanmasına diqqət yetiriblər və iki potensial obyekt tapıblar. Nəticələr “Publications of the Astronomical Society of Australia” jurnalında dərc olunub.
Uzun illərdir tədqiqatçılar Koyper qurşağının obyektlərinin, yəni Günəş sisteminin kənarındakı buz kütlələrinin qəribə hərəkətlərini anlaya bilmirlər. Yeganə ağlabatan versiya odur ki, bu buz kütlələrinə nəhəng, hələ kəşfedilməmiş planet təsir edir. Bu planetin isə kütləsi Yerin kütləsindən 5-10 dəfə çox olmalıdır.
Adi teleskoplar burada gücsüzdür - belə məsafədə doqquzuncu planet günəş işığını demək olar ki, əks etdirmir. Amma bütün cisimlər çox zəif olsa da istilik yayır. Tsinxua Universitetinin astrofizikləri də məhz bu istiliyi axtarmağa qərar veriblər. Alimlər hesablamalara görə səmanın
doqquzuncu planetin yerləşdiyi güman edilən hissəsini tədqiq ediblər. Zamanla çəkilmiş şəkilləri müqayisə edərək, ulduz ola bilməyəcək qədər yavaş hərəkət edən, lakin qalaktikalardan fərqlənəcək qədər nəzərəçarpacaq dərəcədə hərəkət edən obyektləri axtarıblar. Nəticədə nəzəri gözləntilərə mükəmməl şəkildə uyğun gələn iki göy cismi tapılıb: həm yerləşmə, həm də istilik şüalanması baxımından.
Əgər əlavə müşahidələr cisimlərin hərəkətini təsdiqləsə, bəşəriyyət təxminən son 200 il ərzində Günəş sistemində ilk dəfə yeni planet kəşf edəcək və onun sərhədləri və mənşəyi haqqında anlayışımızı dəyişəcək.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?