17 iyun

Mask: Amerika bankrot olacaq - PROQNOZ

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-də mövcud maliyyə siyasətinin davamı halında defolt riskinin qaçılmaz olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında ABŞ-nin dövlət borcu və onun xidmət xərclərinə dair yayımlanan məlumatlara şərh verərkən ifadə edib:

“Əgər bu cür davam edərsə, Amerika de-fakto bankrot olacaq” -deyə, Mask qeyd edib. 

Qeyd edək ki, İlon Maskın bu açıqlaması ABŞ-də sürətlə artan dövlət borcu ilə bağlı narahatlıqların fonunda səslənib və maliyyə dairələrində ciddi rezonans doğurub.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?