12 iyun
Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinə daxil edilib

Azərbaycanın Xalq artisti Fərqanə Əlizadə II Sergey Raxmaninov adına Moskva Beynəlxalq Pianoçular, Bəstəkarlar və Dirijorlar Müsabiqəsinin münsiflər heyətinə daxil edilib.
Təhlil.az xəbər verir ki, dirijorlar müsabiqəsində Azərbaycanı Xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Bülbül təmsil edəcək.
Layihənin iştirakçılarını 16 ölkədən olan nümayəndələr – Rusiya, Azərbaycan, Belarus, Çin, ABŞ, Qazaxıstan və digər ölkələrin ən yaxşı bəstəkarları, dirijorları, pianoçuları və pedaqoqları qiymətləndirəcəklər.
Müsabiqə 14–26 iyun tarixlərində keçiriləcək.