12 iyun

Mark Zukerberq insanı ötə biləcək zəka üzərində işləyir - YENİLİK

“Meta”nın rəhbəri Mark Zukerberq insan kimi düşünən, hətta insanı da ötüb keçə biləcək süni intellekt yaratmaq ideyasını reallaşdırmaq istəyir. Bu, sadəcə növbəti “bot” deyil, Süni Ümumi İntellektdir. 

Təhlil az. xəbər verir ki, iş adamı “Meta” daxilində gizli bir komanda da qurub. Şirkət daxilində “superintellekt” adlandırılan bu xüsusi dəstə Markın şəxsən seçdiyi 50-yə yaxın mühəndis və tədqiqatçıdan ibarətdir. Onların qarşısında qoyulan hədəf süni intellektin təkcə məlumat emal etməsi deyil,  həm də təfəkkür etməsi, qərar verməsi və təhlil aparması üçün yeni bir zəka forması yaratmaqdan ibarətdir.

Bu layihənin texnologiya dünyasında dalğalar yaradacağı artıq indidən hiss olunur. Çünki bu, adi bir süni intellekt irəliləyişi deyil. Bu, “insan kimi düşünə bilən maşın” mərhələsinə keçid cəhdi kimi qiymətləndirilir.

Zukerberqin bu layihədə açıq rəqibləri isə OpenAI, Google DeepMind və xərcləri milyardlarla ölçülən texnoloji nəhənglərdir. Lakin Meta rəhbəri görünür bu yarışda sadəcə izləyici olmaq fikrində deyil. O, oyunun qaydalarını dəyişməyə çalışır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?