12 iyun

Günəşin cənub qütbündən gələn ilk görüntü! - FOTO

Avropa Kosmik Agentliyinin (ESA) göndərdiyi “Solar Orbiter” kosmik aparatı Günəşin cənub qütbünün ilk foto və video görüntülərini Yerə göndərib.

Təhlil.az xəbər verir ki, bu, elmdə yeni bir səhifə açan hadisə kimi qiymətləndirilir. Çünki indiyədək Günəşlə bağlı əldə olunan bütün təsvirlər əsasən onun ekvator hissəsindən çəkilmişdi.

Səbəbi isə həm Yer, həm də digər planetlərin və kosmik gəmilərin ekliptika müstəvisi adlanan eyni səth üzrə hərəkət etməsidi. 

Lakin Solar Orbiter bu qaydanı pozaraq, orbitini əyib və Günəşi tamamilə fərqli, şaquli bucaqdan müşahidə etməyə başlayıb.

Nəticədə insanlıq tarixində ilk dəfə olaraq Günəşin cənub qütbü vizual şəkildə müşahidə edilib.

Bu görüntülər təkcə vizual maraq üçün deyil – elmi baxımdan da son dərəcə əhəmiyyətlidir. Mütəxəssislərin fikrincə, “Solar Orbiter”dən gələn məlumatlar Günəşin maqnit sahəsinin formalaşmasını və niyə hər 11 ildən bir “fırlanıb” yenidən aktiv fazaya keçməsini anlamağa kömək edə bilər.

Alimlər bu qeyri-adi müşahidənin Günəş partlayışları, tac kütləsi atılmaları və ümumilikdə kosmik hava ilə bağlı daha çox informasiya əldə etməyə imkan verəcəyinə ümid edir. Yaxın illərdə Solar Orbiter-in orbit bucağı daha da artırılacaq və bu, həm şimal, həm də cənub qütbündə daha detallı müşahidələrə imkan yaradacaq.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?