12 iyun
Çində qeyri-adi qəza testi keçirilib - VİDEO

Təhlükəsizlik sınaqları zamanı “Geely Monjaro” krossoverinə eyni anda havada asılı qalan iki "Honda CR-V" çırpılıb.
Qəzanın şiddətinə baxmayaraq avtomobil zərbəyə tab gətirərək yoluna davam edə bilib.
Qeyd edək ki, Çinin “Geely” kimi tanınan “Zhejiang Geely Holding” avtomobil istehsalçısı 2010-cu ildə Amerika avtomobil nəhəngi "Ford Motor Company"nin İsveçdəki törəməsi olan “Volvo Car Corporation” ilə müqavilə imzalayıb. Bu barədə Çin xəbər agentlikləri məlumat paylaşıb.
“Volvo”nun baş qərargahının yerləşdiyi Göteborqda imzalanan müqaviləyə əsasən şirkət bunun üçün əvvəllər “Volvo”ya sahib olan “Ford Motor Company”ə 1,8 milyard dollar ödəniş edərək alıb.
Babək Zeynal