12 iyun

Azərbaycan neftinə tələbat artır: qiymət yüksəlir

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

Təhlil.az xəbər verir ki,  Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?