11 iyun

Yeni ekzoplanet kəşf edilib

Çin Elmlər Akademiyasının alimlərinin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu yaşayış üçün potensial ekzoplanetlərin axtarışında yeni kəşfə imza atıb. Günəşə bənzəyən ulduzun zonasında yeni bir planet kəşf edilib. Ehtimal edilir ki, yeni planet qayalıqlardan ibarətdir. Yer kürəsinə bənzəyən yeni planeti yunan rəsədxanasından olan tədqiqatçılarla birlikdə çalışan alimlər TTV (Transit Timing Variation) üsulu vasitəsilə kəşf ediblər. Teleskop Yerdən 2470 işıq ili uzaqlıqda yerləşən günəşə bənzər Kepler-725 ulduzuna yönəldilib. Yeni planet Yer kürəsindən bir neçə dəfə böyükdür. Qaz nəhəngi Kepler-725b onun ətrafında təxminən 40 gündən bir dövr edir. Dövrü hər dəfə eyni vaxt intervalında tamamlamaq üçün planet ya yavaşlayır, ya da sürətlənir. Elm adamları bu “nöqsanları təhlil edərkən aydın bir nəticəyə gəliblər: Kepler-725in orbitində başqa, görünməz bir planet var.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?