10 iyun

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təhlil.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

xxx

05.06.2025

19:45

Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.

Təhlil.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.

Bu baxımdan, xüsusilə turizm və energetika sahələrində həyata keçirdiyimiz birgə layihələri yüksək qiymətləndiririk. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına töhfə verir və sərmayələr davamlı uğurlu əməkdaşlığımız üçün möhkəm təməl yaradır. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri yüksələn xətt üzrə davam edəcək, Monteneqro ilə Azərbaycan bu günün mürəkkəb geosiyasi şəraitində dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan harmoniyalı əməkdaşlığın nümunəsinə çevriləcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə və ölkənizə səmimi təbriklərimi, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı çatdırır, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?